“Araz Saatlı”nın futbolçusu 4, “Hypers Guba”nın oyunçusu 5 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi “Araz-Saatlı”nın futbolçusunu 4, “Hypers Guba”nın oyunçusunu 5 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, 2-ci Liqada 26-cı turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində “Araz Saatlı” klubunun futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Araz Saatlı” 300 manat cərimə edilib.

“Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində “Hypers Guba” klubunun futbolçusu Ağabəkir Həşimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyun cəzalanıb, “Hypers Guba” 300 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər “Hypers Guba” tərəfindən ödəniləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button