“Araz Naxçıvan”la “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verilib

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” və “Qəbələ”yə lisenziya verilib. Əvəzində “Turan Tovuz” və “Səbail” eyni lisenziyanı ala bilməyiblər.

Premyer Liqada iştirak üçün isə “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı” və 1-c diviziondan “Araz-Naxçıvan” ilə “Zaqatala” müvafiq lisenziyaya sahib çıxıblar.

Aşağı dəstənin digər təmsilçiləri olan “İmişli”, “Mingəçevir”, “MOİK” və “Qaradağ Lökbatan” müsbət cavab ala bilməyib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button