“Araz-Naxçıvan”ın yubuley oyunu

Azərbaycan Premyer Liqasının 22-ci turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

“Kəpəz”lə ev matçına təsadüf edən yubiley qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.

“Araz-Naxçıvan” bu 100 görüşdə 32 qələbə qazanıb, 22 heç-heçə edib və 46 dəfə uduzub. “Liv Bona Dea Arena”dakı matç həm də 50-ci ev oyunu olub. Bu qarşılaşmalarda 20 qələbə, 14 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.

Naxçıvan klubu ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”a qarşı səfərdə (0:1), ilk ev matçını bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button