“Araz-Naxçıvan” yeni loqosunu təqdim etdi

2023/24 mövsümündən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.

Naxçıvan təmsilçisindən Komanda.az-a verilən məlumata görə, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından olan Haça dağı, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top yer alıb.

Klubun yaradılma tarixi və səkkizguşəli ulduz da loqoya əlavə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button