
“Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum oldu
“Araz-Naxçıvan”ın 2025/2026 mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.
Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də Türkiyəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.
Yoldaşlıq görüşü üçün rəqiblər və tarixlər hələ müəyyənləşməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



