“Araz-Naxçıvan”ın rəqibi milli üzvünü transfer etdi

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasındakı rəqibi “Aris” (Yunanıstan) Finlandiya millisinin futbolçusu Frederik Yenseni transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button