“Araz-Naxçıvan”ın rəqibi milli üzvünü transfer etdi

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” (Yunanıstan) heyətini gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yunanıstan yığmasının 28 yaşlı hücumçusu Tasos Donislə 2 illik müqavilə imzalanıb.

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button