“Araz-Naxçıvan”ın rəqibi Niderland klubu ilə qarşılaşacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstanın “Aris” klubunun yoldaşlıq görüşlərindəki rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Aris” müvafiq ardıcıllıqla Şotlandiyanın “Livinqston” (3 iyul), Belçikanın “Anderlext” (5 iyul) və Niderlandın “AZ Alkmar” (9 iyul) komandaları ilə qarşılaşacaq.

“Araz-Naxçıvan”la “Aris” arasında ilk oyun iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button