
“Araz-Naxçıvan”ın rəqibi heyətinə 2 yeni futbolçu qatıb
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az Yunanıstan təmsilçisinin mətbuat xidmətinə istinadəın xəbər verir ki, Uroş Raçiç və Alvaro Teyero heyətə cəlb edilib.
İtaliyanın “Sassuolo” klubundan transfer olunan 27 yaşlı Raçiçlə 4 illik müqavilə imzalanıb. Ötən mövsümü “Espanyol”da keçirən 28 yaşlı Teyero ilə anlaşmanın müddəti isə 2 illikdir.
Serbiyalı Raçiç yarımmüdafiəçi, ispaniyalı Teyero isə müdafiəçidir.
“Araz-Naxçıvan”la “Aris” arasında UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçı iyulun 24-də Bakıda, cavab görüşü isə 31-də Salonikidə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



