
“Araz-Naxçıvan”ın planında dəyişiklik edilib
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.
Komanda toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



