“Araz-Naxçıvan”ın növbəti rəqibi müəyyənləşdi

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” Portuqaliyanın “Benkifa” klubu ilə qarşılaşacaq.

Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. 1/4 final oyunları isə 23 fevral – 6 mart tarixlərində baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button