“Araz-Naxçıvan”ın futbolçusunun 25-ci qolu

“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. 29 yaşlı hücumçunun yubileyi Premyer Liqanın 23-cü turuna təsadüf edib.

Komanda.az xəbər verir ki, “Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda “25”i keçib.

Əliyev bu qollarını üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button