“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev cərrahiyyə əməliyyatı olunub.
Komanda.az xəbər verir ki, menisk əməliyyatı keçirən futbolçu hazırda özünü yaxşı hiss edir.
Sabah xəstəxananı tərk edəcək yarımmüdafiəçi müalicəsini evdə davam etdirəcək. Onun 15-18 gündən sonra məşqlərə başlayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin