“Araz-Naxçıvan”ın futbolçusu MOİK-ə keçib
“Araz-Naxçıvan” klubu daha bir futbolçusunu icarəyə verib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Nihad Qurbanlı 1-ci liqa komandası MOİK-ə keçib.
22 yaşlı oyunçu cari mövsümün sonuna qədər “hərbçilər”in formasını geyinəcək.
“Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu 1-ci liqanın digər komandası “Difai”yə icarəyə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin