
“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı rəqibləri bilindi
“Araz-Naxçıvan” futzal komandasının UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib.
Azərbaycan çempionu F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya) və “Sparta” (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
F qrupunun matçları avqustun 26-31-i aralığında Avstriyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



