“Araz-Naxçıvan”ın Çempionlar Liqasında oyunlarının hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlarda FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) ədaləti qoruyacaq.

Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

UEFA Çempionlar Liqası, 7-ci qrup

29 oktyabr

22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)

Sala Sporturilor Dunarea.

30 oktyabr

19:00. “Araz-Naxçıvan” – “Differdanje 03” (Lüksemburq)

Sala Sporturilor Dunarea.

1 noyabr

18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan

Sala Sporturilor Dunarea.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button