“Araz-Naxçıvan”ın braziliyalı legioneri zədəsini sağaldıb

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro zədəsini sağaldıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son iki oyunda iştirak etməyən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

28 yaşlı futbolçunun qarşıdakı turda “Kəpəz”lə matçda iştirak edib-etməyəcəyinə oyun günü aydınlıq gələcək. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən fransalı yarımmüdafiəçi Aksel Nqandonun müalicəsi isə davam edir.

Aprelin 5-də keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyunu saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button