“Araz-Naxçıvan”ın baş məşqçisi jurnalistlərin qarşısına çıxacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Aris”in mətbuat konfransı iyulun 23-də, saat 17:00-da başlayacaq. İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 18:00-da start götürəcək.

Elmar Baxşıyev və bir futbolçunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə saat 19:00-da başlayacaq. Saat 19:30-da isə məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq. 

Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button