
“Araz-Naxçıvan”ın “Aris”lə oyunlarının başlama saatı açıqlandı
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”ə qarşı keçirəcəyi oyunların başlama saatı məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İyulun 24-də, Bakıdakı “Liv Bona Dea Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.
Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



