“Araz-Naxçıvan”ın Almaniya və Türkiyə klubları ilə oyunlarının vaxtı açıqlandı
“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının ilkin mərhələsində keçirəcəyi ilk iki oyunun təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionunun qrupda bütün görüşləri Latviyada keçiriləcək.
“Araz-Naxçıvan” üçüncü oyununu avqustun 26-da Latviya klubu “Riqa”ya qarşı keçirəcək. Salaspils İdman Arenasında keçiriləcək həmin qarşılaşma isə saat 18:00-da başlayacaq.
23 avqust
15:00. Araz-Naxçıvan – İstanbul Şişli (Türkiyə)
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.
24 avqust
15:00. Yan Reqensburq (Almaniya) – Araz-Naxçıvan
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.
Bizi Facebook-da izləyin