“Araz-Naxçıvan”ın 2 futbolçusu zədə səbəbindən məşqdə iştirak etmədi

“Araz-Naxçıvan”ın iki futbolçusu – Orxan Əliyev və Aksel Nqando yüngül zədə səbəbindən bu gün keçirilən məşqdə iştirak etməyiblər.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button