“Araz-Naxçıvan”ı yeni mövsümdə “Hummel” geyindirəcək
Premyer Liqanın yeni mövsümündə “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək.
Komanda.az xəbər verir ki, Danimarka şirkəti ilə müqavilə imzalanıb.
Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Klubun oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.
“Araz-Naxçıvan” ötən mövsüm “Diadora” şirkətinin istehsal etdiyin geyim dəstlərindən istifadə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin