
“Araz-Naxçıvan”dan yoxlama matçında heç-heçə
Azərbaycan millisinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama matçı keçirib.
Komanda.az xəbər verir ki, Naxçıvan klubu 1-ci Liqanın lideri “Şəfa” ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Premyer Liqa təmsilçisinin heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



