“Araz-Naxçıvan”dan növbəti transfer
“Araz-Naxçıvan” növbəti futbolçu transferini gerçəkləşdirib.
Naxçıvan təmsilçisindən Komanda.az-a verilən məlumata görə, son olaraq “Turan Tovuz”da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalanıb.
Bir illik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək.
O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.
“Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin