“Araz-Naxçıvan”dan daha 2 transfer
Hazırlığa dünəndən başlayan futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” növbəti transferlərini reallaşdırıb.
Komanda.az xəbər verir ki, son çempion Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb.
Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir. “Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
“Araz-Naxçıvan” daha öncə braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorla anlaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin