“Araz-Naxçıvan”dan Benin millisinə

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Komanda.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button