
“Araz-Naxçıvan”da yeni təyinatlar
“Araz-Naxçıvan” klubunda yeni təyinatlar olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 və U-19 komandalarının baş məşqçiləri müəyyənləşib.
Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunub.
Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin