“Araz-Naxçıvan”da yeni məşqçi

“Araz-Naxçıvan” klubunda yeni məşqçi təyinatı reallaşıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub.

26 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib olan Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button