“Araz-Naxçıvan”dan növbəti transfer
Qış transfer pəncərəsindən maksimum istifadə edən “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməyə davam edir.
Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb. “Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib.
“Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin