“Araz-Naxçıvan”da konqolu futbolçu – Rəsmi
“Araz-Naxçıvan” konqolu futbolçu Elvis Maşikeni transfer edib.
Komanda.az kluba istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Bu gün Bakıya gələn 29 yaşlı hücumameyilli oyunçu tibbi müayinədən keçdikdən sonra kollektivə qoşulub.
Elvis Maşike son olaraq Malta klubu “Xamrun Spartan”ın formasını geyinib. O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin