
“Araz-Naxçıvan”da belçikalı hücumçu
“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçunu transfer edib.
Komanda.az kluba istinadən xəbər verir ki, belçikalı hücumçu İsmail Azzaui Premyer Liqa təmsilçisi ilə anlaşıb.
Mərakeşəsilli vinger müxtəlif illərdə “Anderlext” (Belçika) və “Tottenhem”in (İngiltərə) U-18 komandasında, eləcə də, “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib.
İsmail Azzaui son olaraq 2020-2023-cü illərdə “Herakles”in uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin