“Araz-Naxçıvan”da antidopinq maarifləndirmə seminarı
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Araz-Naxçıvan” Akademiyasının U-17 və U-19 komandaları üçün antidopinq maarifləndirmə seminarı keçirib.
Komanda.az xəbər verir ki, tədbirdə dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
Nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin futbolçulara 11 antidopinq qayda pozuntusu haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin