“Araz-Naxçıvan” Türkiyədə oynayan futbolçu ilə müqavilə bağlayıb
Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”la müqavilə bağlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub. Ötən mövsümü Türkiyənin 1-ci Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt” klubunda başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.
“Araz-Naxçıvan” Həsənalızadəyə qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.
Bizi Facebook-da izləyin