“Araz-Naxçıvan”, “Şamaxı” və “Sumqayıt” cərimə olundu
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.
Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan” 6-cı turda “Kəpəz”ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
“Şamaxı” 700 manat ziyana düşüb. Buna bölgə təmsilçisinin “Sumqayıt”ı məğlub etdiyi (1:0) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.
“Sumqayıt” isə oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından 500 manat ödəməli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin