“Araz-Naxçıvan” “Omoniya”ya qarşı – YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Araz-Naxçıvan” da cavab matçına çıxacaq.

Elmar Baxşıyevin komandası Kiprdə “Omoniya”nın qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan “Araz-Naxçıvan”ı səfərdə də çətin oyun gözləyir.

Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

14 avqust

Omoniya (Kipr) – Araz-Naxçıvan 0:0 (1-ci hissə)
İlk oyun – 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu.

Omoniya: 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 6. Karel Eytinq, 7. Villi Semedo, 8. Stevan Yovetiç, 11. Evandro, 21. İoannis Masuras, 30. Nikolaos Panayotu, 31. İoannis Kusulos (k), 75. Loyzos Loyzu.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 98. Xaralambos Kiriakidis, 2. Alfa Dyounku, 9. Mariuş Stepinski, 10. Tasos Xatsiyovanis, 14. Mateo Mariç, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Noviça Erakoviç, 85. Angelos Neofitu, 90. Xristos Konstantinidis.
Baş məşqçi: Henninq Berq.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 26. Ömər Buludov, 29. Vanderson Melo (k), 44. Rahil Məmmədov, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 19. Bar Kohen, 34. Ürfan Abbasov, 70. Çarlz Boli. 
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button