“Araz-Naxçıvan” – “Omoniya” matçını çexiyalı hakim idarə edəcək

Bakıda “Araz-Naxçıvan” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.

Komanda.az xəbər verir ki, oyunun baş hakimi FİFA referisi Ondrey Berka olacaq. Ona Ovan Nadvornik vəı Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.

VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Avqustun 7-də “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra Nikosiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button