
“Araz-Naxçıvan” heyətini Azərbaycan millisinin üzvü ilə gücləndirdi
“Araz-Naxçıvan” futzal klubu heyətini U-19 millisinin üzvü Ədalət Ələkbərovla gücləndirib.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
Gənc futzalçı ilə bir illik müqavilə imzalanıb.
Daha əvvəl Qazaxıstanın “Astana” klubundan ayrılan milli üzvü Rövşən Hüseynlini, Mirzə Əmirovu heyətinə qatan son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviç, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.
Bununla yanaşı, Qüdrət Qasımzadə, Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya), və “Sparta” (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Bizi Facebook-da izləyin