
“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni yeniləyib
“Araz-Naxçıvan” futbolçusu Ömər Buludovla müqaviləni yeniləyib.
Komanda.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə anlaşma 1 il müddətini əhatə edəcək.
Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünü üçüncü pillədə başa vuran komanda UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



