“Araz-Naxçıvan” daha bir futbolçunun transferini açıqladı

“Araz-Naxçıvan” klubu növbəti futbolçunun transferini açıqlayıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 mövsümlük müqavilə imzalanıb.

Vanderson Kavalkante Melo son olaraq Ukraynada “Çernomorets”də çıxış edib.

Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button