“Araz-Naxçıvan” cərimələndi – Futbolçunun adı düzgün yazılmadığı üçün
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 1-ci turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.
1-ci turun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” 1500 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” 800 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilib.
Bizi Facebook-da izləyin