“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə 7 xal toplayan Naxçıvan təmsilçisi qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button