
“Araz-Naxçıvan” Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Avstriya çempionu “Ljuti Krajişniçi” ilə qarşılaşan təmsilçimiz 12:3 hesabı ilə qələbə qazanıb.
Komanda bundan əvvəlki iki oyunda da böyükhesabla qalib gəlib. Aktivində 9 xal olan “qırmızı-ağlar” qrup lideri kimi mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanıb. Bu mərhələnin oyunları oktyabrın sonu, noyabrın əvvəlləri keçiriləcək.
Ljuti Krajişniçi – Araz-Naxçıvan 3:12
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



