“Araz-Naxçıvan” cari ildə ilk transferini rəsmiləşdirib
“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, ölkə çempionu braziliyalı Andre Korrea dos Santos Juniorla anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.
Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin