
“Araz-Naxçıvan” bu gün Türkiyədə sonuncu yoxlama oyununu keçirəcək
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçını keçirəcək.
Komanda.az xəbər verir ki, komanda Türkiyə Super Liqasının aparıcı klublarından “Trabzonspor”la qarşılşacaq. Oyun saat 18:00-da start götürəcək.
“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspora” məğlub olub – 1:2.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin