“Araz-Naxçıvan” bu gün “Omoniya” ilə ilk oyununu keçirəcək

“Araz-Naxçıvan” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Kipr “Omoniya”sı ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” əvvəlki raundda Yunanıstanın “Aris”, “Omoniya” isə Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Komandaların cavab qarşılaşması avqustun 14-də olacaq.

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun

7 avqust

20:00 Araz-Naxçıvan – Omoniya (Kipr)

Bakı, Liv Bona Dea Arena stadionu
Baş hakim: Ondrey Berska (Çexiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button