
“Araz-Naxçıvan” bu gün “Omoniya” ilə cavab oyununa çıxacaq
Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Araz-Naxçıvan” da cavab matçına çıxacaq.
Elmar Baxşıyevin komandası Kiprdə “Omoniya”nın qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan “Araz-Naxçıvan”ı səfərdə də çətin oyun gözləyir.
Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
14 avqust
Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00.Omoniya (Kipr) – Araz-Naxçıvan
İlk oyun – 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin