“Araz-Naxçıvan” bu gün həlledici oyuna çıxacaq
“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Latviyada yerli “Riqa” ilə qarşılaşacaq.
Hər iki komanda qrupun ilk iki matçında qələbə qazandığından, bu, həlledici görüş olacaq. Qrup birincilərinin əsas mərhələyə vəsiqə qazandığını nəzərə alsaq, “Araz-Naxçıvan” mütləq qələbə qazanmalıdır. Hazırda “Riqa”nın top fərqi daha yaxşıdır.
İlk iki qarşılaşmanı cəza səbəbindən buraxan Felipinyo bu matçda baş məşqçi Vitali Borisovun sərəncamında olacaq.
UEFA Çempionlar Liqası, ilkin seçmə mərhələ
A qrupu, 3-cü tur
26 avqust
18:00 Riqa (Latviya) – Araz-Naxçıvan
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası
Bizi Facebook-da izləyin