“Araz-Naxçıvan” bu gün Çempionlar Liqasında ilk oyununa çıxacaq

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniyanın “Yunayted Qalati” komandası ilə qarşılaşacaq.

“Sala Sporturilor Dunareada”kı oyuna saat 22:00-da start veriləcək.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button