“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə vidalaşıb
“Araz-Naxçıvan” futzal klubu braziliyalı hücumçusu Erik Dannilo ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu onunla yeni müqavilə bağlamamaq qərarına gəlib.
Bu səbəbdən Erik Dannilo azad agent kimi komandanı tərk edib.
Yayda komandaya qoşulan forvard “Araz-Naxçıvan”ın heyətində Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin