
“Araz-Naxçıvan” braziliyalı futbolçu ilə müqavilə müddətini uzadıb
“Araz-Naxçıvan” müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu 2025/2026 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Əsas heyətin daimi üzvü olan Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



